"Beşiktaş" "Volfsburq"un hücumçusunu heyətinə qatır
01.09.2025 - 15:10
"Beşiktaş" "Volfsburq"un hücumçusunu heyətinə qatır

Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, "qara qartallar" "Volfsburq"un vingeri Vaçlav Çerni ilə anlaşıb.

İstanbul klubu 27 yaşlı hücumçu üçün 2029-cu ilə qədər hissə-hissə olmaqla 6-7 milyon avro ödəyəcək.

Çexiyalı futbolçu milli komandanın toplanışını yarımçıq qoyaraq tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.

Qeyd edək ki, Çerni ötən mövsümü icarə əsasında “Reyncers”də keçirib və komandası ilə 45 oyunda 18 qol vurub, 6 məhsuldar ötürmə edib.