Danilo Səudiyyə Ərəbistanında
03.09.2024 - 00:27

"Əl-İttihad" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Danilo Pereyranı transfer edib.
Ərəblər portuqaliyalı dayaq yarımmüdafiəçisi üçün Fransa klubuna 5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, PSJ Danilo Pereyranı 2020-ci ilin oktyabr ayında "Portu"dan transfer edib.
0
0