Döyülən hakim karyerasını bitirib
28.08.2025 - 23:28
Döyülən hakim karyerasını bitirib

Türkiyəli tanınmış futbol hakimi Halil Umut Meler karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Umut Eken məlumat yayıb.

39 yaşlı təcrübəli referi hakimlik fəaliyyətinə son qoyub.

Halil Umut Meler 2013-cü ildən peşəkar hakimlik karyerasına başlayıb. O, 2017-ci ildən etibarən FIFA bayrağı altında təşkil olunan beynəlxalq turnirlərdə də oyunlar idarə edib.

Qeyd edək ki, 2023-cü ildə Türkiyə Super Liqasının XV turunda keçirilən “Ankaragücü” – “Çaykur Rizespor” qarşılaşmasından sonra ev sahiblərinin sabiq prezidenti Faruk Koca meydana daxil olaraq Halil Umut Melerə yumruqla hücum etmişdi.