“Fənər” borclarını ödəyib
19.08.2025 - 19:58
“Fənər” borclarını ödəyib

"Fənərbaxça" Banklar Birliyinə olan borclarının tamamilə ödənildiyini açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəhbərlik bu addımı “maliyyə azadlığına doğru atılmış tarixi addım” kimi dəyərləndirib.

Klubdan verilən açıqlamada bildirilib ki, "Fənərbaxça" və onun iştirakçı qurumları ilə Emlak Konut GYO A.Ş. arasında “iş birliyi protokolu” imzalanıb. Protokol çərçivəsində Ataşehir və Kayışdağı bölgəsindəki torpaq sahələri “torpaq satışı qarşılığı gəlir paylaşımı modeli” ilə layihəyə daxil edilib.