Fransa klubunun baş məşqçisi bəlli oldu
23.10.2024 - 10:51
Fransa klubunun baş məşqçisi bəlli oldu

Fransanın “Monpelye” klubunun yeni baş məşqçisi açıqlanıb.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində “Marsel”ə rəhbərlik edib.

“Monpelye” Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.

Qeyd edək ki, Liqa 1 komandası “Marsel”ə 0:5 hesabı ilə məğlub olduqdan sonra erməni baş məşqçi Mişel der Zakaryanı qovub. 

0