"Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq
22.10.2024 - 20:27
"Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq

Avropa Liqası Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından öncə konsert təşkil olunacaq.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Saat 18:45-də Tofiq Bəhramov adına Respublika Stadionunun A girişində Mərdan Kazımovun iştirakı ilə canlı konsert baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu 24 oktyabr saat 20:45-də start götürəcək.

 

0