III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
30.09.2024 - 10:58
III Liqa klubu yenidən rekord qırıb:   Qarşılaşmanı 43 000 azarkeş izləyib

2010-cu ildə Super Liqada çempion olan "Bursaspor" iki həftə əvvəl qırdığı TFF 3-cü Liqasının azarkeş rekordunu yeniləyib.

Apasport.az xəbər verir ki, "Muşspor"la qarşılaşmanı (0:0) 43 min 160 azarkeş izləyib.

2 həftə əvvəl "yaşıl-ağlar"ın "Plevnespor"u qəbul etdiyi matçda isə 41 min 300 azarkeş iştirak edib. 

Beləliklə, “Bursaspor” iki həftə ərzində 3-cü Liqada izləyici rekordunu yeniləyib.

“Bursaspor” fanatları gözəl görüntülər nümayiş etdirərək, klublarının köhnə günlərinə qaytarılmasında aparıcı rol oynayacaqlarını göstəriblər.

0