
Tarixdə ilk dəfə keçirilən Klublararası Dünya Çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, turnirin həlledici matçında "Çelsi" 3 cavabsız qolla PSJ-ni məğlub edərək kuboka sahib çıxıb.
Kol Palmerin dublu və Joao Pedronun qolu "Çelsi"yə tarixi çempionluq qazandırıb.
Oyunu stadiondan izləyənlər arasında ABŞ prezidenti Donald Tramp da olub.
Prezident görüşdən sonrakı mükafatlandırma mərasimində də iştirak edib.
FİFA prezidenti Canni İnfantino ilə birlikdə təltifolunma mərasiminə gələn Tramp komandalara müvafiq medalları təqdim edib.
Xatırladaq ki, Klublararası Dünya Çempionatına ABŞ ev sahibliyi edib.