Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
14.10.2024 - 13:18
Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir

La Liqa nəhənglərindən "Real"ın yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda karyerasını bitirməyəcək.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xorvatiyalı futbolçu 2025-ci ilin yayında başa çatacaq müqaviləsini bir daha uzatmaq niyyətindədir.

O, 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər "Real"ın futbolçusu olaraq qalmaq istəyir.

Qeyd edək ki, Modriç 2012-ci ildən "kral klubu"nda oynayır. 39 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib və 2 məhsuldar ötürmə edib.

0