"Mançester Siti" 3 milyona görə "Qalatasaray"ın təklifini rədd etdi
20.08.2025 - 12:17
"Mançester Siti" 3 milyona görə "Qalatasaray"ın təklifini rədd etdi

"Qalatasaray" heyətinə daha bir ulduz futbolçu qatmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Manuel Akanji ilə yaxından maraqlanır.

"Sarı-qırmızılılar" arxa xətt oyunçusu üçün "Mançester Siti"yə ilk təklifini göndərib.

Lakin "şəhərlilər" Türkiyə klubunun ilkin təklifini qəbul etməyib.

"Qalatasaray" futbolçu üçün 15 milyon funt-sterlinq ödəməyə hazırdır. Mançesterlilər isə 18 milyon tələb edir.

Tərəflər danışıqlar prosesini davam etdirir. Hətta bu gün "sarı-qırmızılılar"ın Akanjinin meneceri ilə təmasa keçəcəyi bildirilir.

Qeyd edək ki, Manuel 2022-ci ilin yayından "Siti"də çıxış edir.