Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
20.10.2024 - 15:13

Argentina millisinin oyunçusu Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb.
Apasport.az xəbər verir ki, hücumçu İstanbul təmsilçisinin heyətində ən çox qol vuran 3-cü əcnəbi futbolçu olub.
Forvardın aktivində hazırda 60 qol var. 1-ci pillədə 72 qolla “Qalatasaray” əfsanəsi Giorgi Haci, 2-ci yerdə isə 61 qolla Milan Baroş qərarlaşıb.
Qeyd edək ki, forvard bu mövsüm çıxdığı 11 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0