Neymar "Barselona"ya qayıdır? - Meneceri açıqladı
27.08.2024 - 13:53

“Əl Hilal”ın futbolçusu Neymarın meneceri açıqlama verib.
Apasport.az xəbər verir ki, o, braziliyalı hücumçunun adının “Barselona” ilə hallanmasına münasibət bildirib:
“Neymarın “Barselona”ya qayıtması haqda çıxan xəbərlər yalandır və bu, “Əl Hilal”a, oyunçuya hörmətsizlikdir. Neymar burda xoşbəxtdir və o, tezliklə azarkeşlərini sevindirmək üçün meydana qayıdacaq”.
32 yaşlı futbolçu 2023-cü ilin avqustundan “Əl Hilal”da çıxış edir. Neymar ötən ilin sonlarında zədə alıb və hələ o vaxtdan meydana çıxmayıb.
Braziliyalı hücumçu 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
0
0