Nuri Şahin Super Liqa klubuna rəhbərlik edəcək
13.09.2025 - 12:31

"Başakşəhər"in yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu posta Nuri Şahin təyin olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı baş məşqçi İstanbul təmsilçisi ilə sentyabrın 15-də rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Nuri Şahinin son işyeri Dortmund "Borussiya"sı olub.
0
0