Super Liqa təmsilçilərindən "Qalatasaray" qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək üçün Argentina millisinin ulduzu Paulo Dibalanı heyətinə qatmaq istəyir.
Apasport.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yalnız Dibalanı deyil, PSJ-nin müdafiəçisi Milan Şkrinyarı da transfer etmək niyyətindədir.
Bu məqsədlə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk klub rəhbərliyi ilə birlikdə İtaliyaya səfər edib.
Qeyd edək ki, Paulo Dibalanın "Roma" ilə mövcud müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Təcrübəli futbolçu daha əvvəl "İnstituto", "Palermo" və "Yuventus" klublarının şərəfini qoruyub.