
İtaliyanın "Yuventus" klubunun və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira öz "X" səhifəsində məlumat verib.
Xatırladaq ki, 2023-cü il sentyabrın 11-də Poqbanın dopinq testində testosteron testi müsbət çıxdıqdan sonra futbolçunun "Yuventus"da çıxışı müvəqqəti olaraq dayandırılıb. Daha sonra yenidən test edilən futbolçunun nəticələri yenə müsbət nəticə verib.
30 yaşlı fransalı 2018-ci ildə dünya çempionu, 2016-cı ildə isə Avropanın gümüş mükafatçısı olub. Futbolçu karyerası ərzində Avropa Liqasının qalibi olduğu (2017) İngiltərənin "Mançester Yunayted" klubunda da çıxış edib. “Yuventus”la futbolçu 4 dəfə İtaliya çempionu olub, 3 dəfə ölkə Superkubokunu, 2 dəfə İtaliya kubokunu qazanıb.