Premyer Liqa klubunda yeni müqavilə
07.09.2025 - 16:36
Premyer Liqa klubunda yeni müqavilə

“Bornmut” futbolçusu Markus Tavernyer ilə müqaviləni uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Tavernyer 2022-ci ildən “Bornmut”da çıxış edir. O, Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 93 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.