PSJ-də ayrılıq
07.09.2025 - 23:25

PSJ-nin müdafiəçisi Prensel Kimpembe komandanı tərk edib.
Apasport.az xəbər verir ki, fransalı karyerasını "Qətər" klubunda davam etdirəcək.
Bunu parislilərin mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, 30 yaşlı mərkəz müdafiəçisi 2025/2026 mövsümünün sonuna kimi yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, Kimpembe 2005-ci ildə PSJ akademiyasına qoşulub.
0
0