“Qalatasaray” Ramosa təklif göndərdi
09.09.2024 - 19:53

Serxio Ramos karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, onunla "Qalatasaray" yaxından maraqlanır.
"Sarı-qırmızılar" müdafiəçini heyətinə qatmaq istəyir. Bildirilir ki, Super Liqa təmsilçisi ispaniyalıya rəsmi təklif də göndərib.
Qeyd edək ki, futbolçu ilə Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
0
0