"Qalatasaray"dan növbəti bomba: Danışıqlar üçün İstanbula gəlir
19.08.2025 - 00:47
"Qalatasaray"dan növbəti bomba: Danışıqlar üçün İstanbula gəlir

"Qalatasaray" heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Mançester Siti" forması geyinən Manuel Akanji ilə maraqlanır.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Onun sözlərinə görə, hər iki klub arasında danışıqlara start verilib. İstanbul təmsilçisi müdafiəçi üçün "şəhərlilər"ə rəsmi təklif göndərib. 

30 yaşlı oyunçunun meneceri "cimbom"la danışıqlar aparmaq üçün bu həftə Türkiyəyə gələcək.

Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Akanji 2022-ci ildən "Siti"də çıxış edir.