“Sabah” “Qarabağ”ı taxtdan saldı - YENİLƏNİB
18.12.2025 - 21:23
“Sabah” “Qarabağ”ı taxtdan saldı - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

Apasport.az xəbər verir ki, lider “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub.

Masazırda baş tutan görüşə saat 19:30-da start verilib.

İlk hissəsi qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşsada, ev sahibləri ardıcıl iki qol vurmaqla qələbə qazanmağı bacarıblar - 2:1.

 

Misli Premyer Liqası
I turdan təxirə salınmış oyun

18 dekabr

19:30 Sabah – Qarabağ 2:1

Qol: Leandro Andrade, 10, Coy Lens Mikels, 53, Aron Maluda, 88

Baş hakim: Elçin Məsiyev