
"Qarabağ"ın 10 futbolçusu milli komandalarına çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.
Komandanın legionerlərindən Yassin Benzia Əlcazair, Marko Yankoviç Monteneqro, Patrik Andrade isə Kabo-Verde millisindən dəvət alıb.
Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Nəriman Axundzadə, Toral Bayramov və Aleksey İsayev UEFA Millətlər Liqasının noyabrın 16-də Estoniya, 19-da İsveçə qarşı görüşləri üçün açıqlanan heyətdə yer alıblar.
Gənc qapıçı Sadiq Məmmədzadə isə Azərbaycanın U-19 yığmasına dəvət olunub.
Qeyd edək ki, millimiz ilk oyunu Qəbələdə, ikinci matçını İsveçdə keçirəcək.