"Real Madrid" futbolçusunu İtaliyaya sata bilər
17.06.2024 - 11:24
"Real Madrid" futbolçusunu İtaliyaya sata bilər

Hüquqları "Real"a məxsus olan 22 yaşlı ispaniyalı müdafiəçi Rafa Marin karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçunun transferində "Napoli" maraqlıdır.

Neapolitan klubunun rəhbərliyi futbolçunu cari "transfer pəncərəsi"ndə heyətinə qatmaq istəyir.

Ötən mövsüm Rafa "Alaves"də icarə əsasında çıxış edib. Müdafiəçi 33 matçda iştirak edib.

0