“Real”ın futbolçusu “Benfika”nın radarında - MOURİNYO İSTƏYİR
01.10.2025 - 21:30

"Real Madrid"in futbolçusu Brahim Diaz karyerasını Portuqaliyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Benfika" mərakeşli vingeri transfer etmək niyyətindədir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Komandanın baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Diazın transfer olunmasını istəyib.
"Benfika" 26 yaşlı oyunçunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Real" Brahim Diazı 2019-cu ildə "Mançester Siti"dən transfer edib.
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
0
0