Sabiq "Barselona"lı vətəninə qayıdacaq
08.05.2024 - 15:53

"Betis"in qapıçısı Klaudio Bravo mövsümün sonunda komandadan ayrılacaq.
Apasport.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın sabiq qolkiperi Əndəlusiya klubunda qalmayacaq.
Çilili futbolçunun müqavilə müddəti artırılmayacaq. Bu mövsüm 9 matçda meydana çıxan Bravonun vətəninə qayıdacağı gözlənilir.
41 yaşlı qapıçı daha əvvəl "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" komandalarının qapısını qoruyub.
0
0