Sadettin Saran: Çempion olsaq, kuboku 3 prezident qaldıracaq
21.09.2025 - 22:32
Sadettin Saran: Çempion olsaq, kuboku 3 prezident qaldıracaq

"Fənərbaxça"da növbədənkənar prezident seçkiləri keçirilib.

Apasport.az xəbər verir ki, İstanbul klubunun yeni prezidenti Sadettin Saran olub.

O, jurnalistlərə açıqlamasında bildirib ki, çempionluq əldə olunana qədər klubda heç bir bayram və qeyd etmə mərasimi olmayacaq.

Saran həmçinin Ali Koç ilə dostluqlarının daha da güclənəcəyini və kuboku birlikdə qaldıracaqlarını vurğulayıb. Yeni prezident bu mərhələni “bayraq dəyişimi” kimi qiymətləndirib.