"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqanın 10-cu turunda "Brayton" üzərində qələbədən (2:1) sonra sosial şəbəkə hesablarında paylaşım edib.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçunun paylaşımı birmənalı qarşılanmayıb. Bu, azarkeşlər və futbol ictimaiyyətinin Salahın mövsümün sonunda komandadan ayrılacağına işarə vurduğunu düşünməsinə səbəb olub.
“Bu klubun yeri cədvəlin başındadır. Bütün komandalar qalib gəlir, amma sonda yalnız bir çempion olur. Dünən gecə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm. Nə olursa, olsun, "Enfild"də qol vurmağın necə bir hiss olduğunu heç vaxt unutmayacağam".
Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi cari mövsümün sonuna qədərdir. Bu mövsüm hücumçu bütün turnirlərdə 15 oyun keçirib, 9 qol vurub və 7 qolun ötürməsini verib.