TFF rəsmi olaraq seçki tarixini açıqladı
09.04.2024 - 09:12

Türkiyə Futbol Federasiyası (TFF) seçkilərin tarixini rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat paylaşıb.
Bildirilib ki, AVRO 2024 ilə əlaqədar iyulun 31-nə qədər keçirilməsi lazım olan seçkilər iyulun 18-də baş tutacaq.
Qeyd edək ki, bir sıra Türkiyə klubları TFF rəhbəri Mehmet Büyükekşini istefaya çağırır.
0
0