“Tottenhem” -“Mançester Yunayted” matçında qalib müəyyənləşmədi
08.11.2025 - 18:45
“Tottenhem” -“Mançester Yunayted” matçında qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasının XI turunda “Tottenhem” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Apasport.az xəbər verir ki, gərgin keçən mübarizədə tərəflər 2:2 hesablı bərabərliyə razılaşıblar.

Görüşdə hesabı qonaqlar açıb. Ardınca londonlular tarazlığı bərpa ediblər.

Matçın son dəqiqələrində hər iki komanda bir dəfə də fərqlənərək qarşılaşmanı bərabərliklə başa vurub.