“Tottenhem”in futbolçusu Almaniya yolunda
26.02.2026 - 22:48
"Tottenhem"in futbolçusu Arçi Qrey karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” yaxından maraqlanır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Bundesliqa təmsilçisi ingilisin keçidini mövsümün sonunda həll etmək niyyətindədir.
Lakin hələ ki Qreyin yekun qərarı bəlli deyil. Onun “Tottenhem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.
Qeyd edək ki, ingiltərəli oyunçu "spurs"a 2024-cü ildə “Lids”dən keçib.
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
0
0