“Qəbələ”nin seneqallı futbolçusu oynamayacaq
18.02.2014 - 10:59
“Qəbələ” AZAL ilə Topaz Premyer Liqasının XXII turunun oyunu öncəsi itki ilə üzləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisi sabah İbrahima Niassenin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb seneqallı futbolçunun “Xəzər Lənkəran”la oyunda vərəqə limitini doldurmasıdır. Əvəzində isə ötən tur cənublulara qarşı cəza üzündən meydana çıxmayan Elnur Allahverdiyev Şüvəlandakı qarşılaşmada forma geyinmək şansı qazanacaq.
Qeyd edək ki, AZAL – “Qəbələ” görüşü turun açılış matçı olacaq. Bu matç saat 15:00-da başlayacaq.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0