Topaz Premyer Liqasının XXII turu çərçivəsində sabah, fevralın 19-da doğma meydanda “Bakı”nı qəbul edəcək “Xəzər Lənkəran” bu gün hazırlıqlarını yekunlaşdıracaq. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bu gün saat 11:00-da stadionun əsas meydançasında oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, Cənub klubunda əsas heyətin 2 futbolçusu bakılılar qarşı çıxış edə bilməyəcək. Belə ki, zədə üzündən Rasim Ramaldanov, sarı vərəqə limitini aşdığı üçünsə Manuel Skarlatake “Bakı” ilə matçı kənardan izləyəcəklər. Əvəzində isə zədəsini qismən də olsa sağaltmağa nail olan Adrian Pitin meydana çıxa biləcəyinə ümid yaranıb.
Mənbə: 12cioyuncu.info
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində