Azərbaycan millisinin sabiq futbolçusu Daniel Axtyamovun yeni iş yeri müəyyənləşib. Apasport.az saytının məlumatına gör, qış fasiləsində “Sumqayıt”da baxışda olan, lakin bəyənilməyən 29 yaşlı hücumçu mini-futbola üz tutub.
Sonuncu komandası - Rusiyanın “Titan” klubuna da lazım olmayan Axtyamov Moskva vilayətinin Klin şəhərində Uşaq-Gənclər İdman Məktəbinin komandasında çıxış edəcək. O, artıq yeni komandasının heyətində fərqlənməyə də macal tapıb.
Belə ki, mini-futbol üzrə Klin şəhər birinciliyinin XIV turunda “Şerif”ə qarşı forma geyinən Daniel 8:3 hesabı ilə qalib gəldikləri görüşdə 1 qol vurub.
Qeyd edək ki, Axtyamov ölkəmizdə “İnter”, “Gəncə”, “Olimpik” və “Simurq”un şərəfini qoruyub. 2004-2009-cu illərdə millinin formasını geyinən forvard daha öncə də mini-futbol oynayıb. O, 2012/313 mövsümündə Rusiyanın regionlararası çempionatda iştirak edən “Aist” klubunda çıxış edib.
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir