Hücumçumuz 94 dəqiqə gözlədi
18.02.2014 - 00:57
Bu gün Türkiyə Superliqasında XXI turun görüşləri başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Cihan Özkara güclülər dəstəsində növbəti matçına çıxıb.
Onun şərəfini qoruduğu “Sivasspor” səfərdə “Əskişəhərspor”la qarşılaşıb. Görüş tərəflərin 2:2 hesablı heç-heçəsi ilə başa çatıb. Hücumçumuz isə 90+4-cü dəqiqədə Aydın Karabulutun əvəzinə meydana çıxıb.
Qeyd edək ki, “Sivasspor” hazırda 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0