Milan “İnter”i kolumbiyalısı ilə müqaviləni yeniləyir
17.02.2014 - 21:58
“İnter” kolumbiyalı futbolçusu Fredi Quarinlə müqavilənin müddətini uzadacaq. Apasport.az saytının məlumatına görə, bu barədə “Football İtalia” nəşri xəbər yayıb.
Belə ki, 27 yaşlı yarımmüdafiəçi üçün nəzərdə tutulmuş yeni sözləşmə 2017-ci ildə başa çatacaq və onun maaşı artaraq, illik 3 milyon avro olacaq. Məlumatlara görə, artıq Milan klubu ilə futbolçunun meneceri arasında danışıqlar başlayıb.
Qeyd edək ki, Kolumbiya millisinin də üzvü olan Quarin 2012-ci ildə Portuqaliya “Porto”sundan İtaliya təmsilçisinə keçib.
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
0
0