Yaponiya millisinin üzvü “Arsenal”ın hədəfində
23.09.2025 - 21:16

"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"da çıxış edən Takefusa Kubonu heyətinə qatmaq niyyətindədir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Yaponiyalı yarımmüdafiəçinin klubu ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma məbləği var. "Arsenal" isə 24 yaşlı oyunçu üçün 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real Sosyedad" Yaponiya millisinin üzvü olan Takefusa Kubonu 2022-ci ildə "Real Madrid"dən transfer edib.
0
0