"Yuventus" türkiyəli futbolçunu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
04.09.2025 - 12:53
"Yuventus" türkiyəli futbolçunu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK

“Yuventus” Kenan Yıldızla müqaviləni yeniləməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi gənc futbolçunu komandada saxlamaq niyyətindədir.

“Qoca sinyora” 20 yaşlı vingerin illik 1,5 milyon avro olan maaşını 5 milyon avroya qaldıracaq.

Qeyd edək ki, Kenan Yıldız indiyədək “Yuventus”un heyətində 86 rəsmi oyuna çıxıb, 16 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.