Amil Ramazanov: "Yarış mənim üçün gərgin və maraqlı keçdi"
01.05.2024 - 18:08
Amil Ramazanov: "Yarış mənim üçün gərgin və maraqlı keçdi"

"Yarış mənim üçün gərgin və maraqlı keçdi".

Apasport.az xəbər verir ki, bu sözləri avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatasının Suqovuşan mərhələsində 1 nəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yarışda bürünc medal qazanan Azərbaycan təmsilçisi Amil Ramazanov deyib.

O, birinci yeri tuta bilməməsinin səbəbini rəqiblərinin çox güclü olması ilə əlaqələndirib: "2006-2007-ci il təvəllüdlü idmançılar arasında mübarizə apardım. Rəqiblərim güclü idi. Təəssüf ki, birinci ola bilmədim".

İdmançı bu yarışda iştirak etdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Turnirin gələcək illərdə də təşkili ölkəmizdə avarçəkmənin inkişafına müsbət təsir edəcək".

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

0