Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.
Allsport.az xəbər verir ki, iyulun 10-12-də təşkil olunacaq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası 12 nəfərlik heyətlə təmsil olunacaq.
Akademik avarçəkmə növündə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov və İsabala Dadaşzadə çıxış edəcəklər.
Kanoe yarışlarında Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov medal uğrunda mübarizə aparacaqlar.
Kayak növündə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə Azərbaycanı təmsil edəcəklər.
Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcəklər.
- Azərbaycan avarçəkənləri Potidə 18 medal qazanıb
- Azər İlyasov Açıq Litva çempionatında mübarizə aparacaq
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb