Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17.04.2024 - 11:34
Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar

Azərbaycanın gənc avarçəkənləri Muğla şəhərində keçiriləcək kayak və kanoe üzrə “Bahar Kuboku” açıq Türkiyə çempionatında iştirak edəcəklər.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Məşqçilər Mirnazim Cavadov və Boqdan Kurudzun rəhbərliyi altında Ceyhun Vəlixanov, Niyaz Məlikov, Nihat Quliyev, Amil Ramazanov, Əlimurad Hacızadə yarışda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, turnir aprelin 19-21-də baş tutacaq.

0