Azərbaycanın yeniyetmə karateçiləri Rusiyanın Oryol şəhərində keçirilmiş "Karat Cup" beynəlxalq turnirində 5 medal qazanıblar.
Apasport.az xəbər verir ki, "Jaguar" İdman Klubunun idmançılarından Şamo Kamilov (+70 kq) gümüş, Murad Dinç (70 kq), Bəhman Orucov (57 kq) və Sultan Səlimov (52 kq) şəxsi kumite yarışlarında bürünc mükafata sahib çıxıblar.
Komanda kumite yarışlarında Şamo Kamilov, Murad Dinç, Bəhman Orucov və Sultan Səlimov bütün rəqiblərini qabaqlayaraq qızıl medala yiyələniblər.
Qeyd edək ki, beynəlxalq turnirdə 5 ölkədən (Rusiya, Azərbaycan, Belarus, Qazaxstan və Ermənistan) 500-ə yaxın karateçi mübarizə aparıb.
- Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi