Azərbaycan Karate Federasiyasının gənc və yeniyetmə idmançılardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərinə yollanıb.
Apasport.az xəbər verir ki, komandamız reytinq xarakterli Karate 1 Liqa yarışlarında iştirak edəcək.
21 yaşadək idmançıların mübarizəsində Aysu Əliyeva, Ramil Baxşəliyev, Nicat Kərimli, Fərid Savadov və Amin Yadigarı ölkəmizin şərəfini qrouyacaqlar.
Gənclərin yarışında Raul Əliyev, Rahib Əzim, Fərid Hacızadə, Kamil Kərimli, Elçin Şiriyev, Rəşid Süleymanov və Gülay Orucova mükafatlar uğrunda mübarizə aparacaq.
Yeniyetmə idmançılarımızdan Aqil Rzayev, Hüseyn Hüseynov, Məhyəddin Cəfərli və Marat Semixov qüvvəsini sınayacaq.
Kata yarışlarında Ramilə Heydərova və Salman Salmanov öz bacarıqlarını nümayiş etdirəcəklər.
Komandamıza bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər