Karateçimiz qızıl medal qazandı
19.07.2024 - 00:25
Azərbaycan karateçisi Fərid Savadov Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunlarında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda macar Andras Laslon üzərində qələbə qazanıb.
Heyəti Fərid Savadov, Ramil Baxşəliyev, Nicat Kərimli, Vahid Həsənov və Osman Osmanlıdan təşkil olunmuş komanda isə yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, daha əvvəl Aysu Əliyeva, Renata Ərəbli, Suada Kərimova və Fatimə Cəbrayılovadan ibarət kollektiv Azərbaycanın aktivinə bürünc medallar yazdırıb.
- Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
0
0