Azərbaycan Karate Federasiyasının (AKF) təlim-məşq bazasında Azərbaycan və Gürcüstan yığma komandalarının birgə təlim-məşq toplanışı keçirilir.
Apasport.az xəbər verir ki, bu beynəlxalq əməkdaşlıq idmançılar arasında təcrübə və bilik mübadiləsini gücləndirmək, eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlara hazırlığı daha da keyfiyyətli şəkildə həyata keçirmək məqsədi daşıyır.
Gürcüstan yığma komandası baş məşqçi, karate üzrə dünya çempionatının ikiqat qızıl medalçısı Qogita Arkanianın rəhbərliyi altında Azərbaycana səfər edib. Təlimlər Azərbaycan yığmasının baş məşqçisi Şahin Atamovun rəhbərliyi altında birgə şəkildə həyata keçirilir.
Təlim-məşqlər çərçivəsində AKF -in vitse-prezidentləri Füzuli Musayev və Rəhman Hətəmov yığma komanda üzvləri ilə görüşərək, idmanın inkişafı və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə dəyərli fikir mübadiləsi aparıblar.
Bu cür birgə hazırlıqlar regionda karate idman növünün inkişafı və gənc idmançıların peşəkar səviyyəyə yüksəlməsi baxımından əhəmiyyətli rola malikdir.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər