İdman karatesi (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Hüseyn Məmmədli Avstriyanın Zalsburq şəhərində keçirilən Karate-1 A Seriya beynəlxalq turnirində uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karateçisi Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təcrübəli karateçimiz yarışın finalına qədər irəliləyərək gümüş medala sahib olub.
Qeyd edək ki, Karate-1 A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Hüseyn Məmmədlinin qazandığı medal Azərbaycan karateçilərinin beynəlxalq arenadakı uğurlarının davamıdır.
- Dünya çempionatında 10 azərbaycanlı çıxış edəcək
- Azərbaycanlı karateçi dünya çempionatında çıxış edəcək - FOTO
- Bakıda karate üzrə "Grand Prix" beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib
- Bakıda “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək
- Azərbaycan karateçisi beynəlxalq turnirdə çempion olub