18 milyonluq maaş təklifi – Ronaldo ilə oynamaq üçün
07.02.2023 - 13:15
18 milyonluq maaş təklifi – Ronaldo ilə oynamaq üçün

Kriştiano Ronaldonun şərəfini qoruduğu “Əl-Nəsr” daha bir ulduzu heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı klubu Serxio Busketsin xidmətində maraqlıdır.

“Barselona” ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif də göndərilib. Asiyalılar azad agent kimi heyətinə qatmaq istədiyi ispan futbolçuya 2 illik anlaşma təklif edib. Buskets “Əl-Nəsr”ə keçsə, vergilər çıxıldıqdan sonra mövsümdə 18 milyon avro maaş alacaq.

Buskets öncə “Barselona”nın yeni müqaviləsinin şərtlərini nəzərdən keçirməyi planlaşdırır. Onun xidmətində MLS təmsilçisi “İnter Mayami” də maraqlıdır.

Qeyd edək ki, Buskets cari mövsümdə 27 matça çıxıb.

0