500 min dollara danışılmış oyun TƏKLİFİ
07.01.2023 - 13:27
500 min dollara danışılmış oyun TƏKLİFİ

Danışılmış oyunlar təkcə futbol deyil, dünya idmanının ayrılmaz qara ləkəsinə çevrilsə də, nadir hallarda bununla bağlı faktların üstü açılır.

Apasport.az saytının məlumatına görə, tanınmış futbol veteranı Andrey Kançelskis belə faktlardan birini açıqlayıb.

“Mançester Yunayted”in sabiq futbolçusu dəfələrlə belə təkliflər aldığını, “Nosta”nın baş direktoru olduğu vaxt isə 500 min dollardan imtina etdiyini bildirib:

“Pul yaxşı şeydir. Amma onlar səni pis vəziyyətə də sala bilər. Vaxtilə mənə çox oyunu verməyi təklif ediblər. Hətta Novotroitskidə “Nosta”nın baş direktoru olanda “Kuban”dan pul gətirdilər. Onlara dedim ki, mən belə oyunlar oynamıram və oynamayacam da. Tutalım ki, bu pulu qazandım, bəs sonrası? Bütün ölkə biləcək. Siz elə düşünməyin. Əslində hamı bilir ki, kim pul alır, kim almır. Sadəcə bunu açıq şəkildə demirlər. O qədər ad çəkmək olar ki... Amma bununla məşğul olmayacam. Bu onların problemidir. “Kuban” isə 500 min dollar təklif edirdi”.

Qeyd edək ki, Kançelskis 2007-ci ildə “Nosta”nın baş direktoru olub.

0