A Seriyası: Liderdən darmadağın
24.01.2026 - 01:41
İtaliya A Seriyasında XXII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün bir qarşılaşma baş tutub.
Lider "İnter" öz meydanında autsayder "Piza"nı sınağa çəkib. 8 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Oyun Milan təmsilçisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “İnter” 52 xalla turnir cədvəlinin lideridir. Aktivində 14 xalı olan “Piza” isə sonuncu – 20-ci pillədə qərarlaşıb.
0
0