A Seriyası: “Milan” liderliyə yüksəldi
20.10.2025 - 00:45

İtaliya A Seriyasında VII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, "Atalanta" "Latsio" ilə üz-üzə gəlib.
Gərgin keçən matçda hesab açılmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
"Milan" isə öz meydanında "Fiorentina"nı qəbul edib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə xallarının sayını 16-ya çatdıran "rossonyerilər" çempionatda liderliyə yüksəlib.
İtaliya A Seriyası
VII tur
17:00. "Kalyari" - "Bolonya" - 0:2
17:00. "Cenoa" - "Parma" - 0:0
20:00. "Atalanta" - "Latsio" - 0:0
22:45. "Milan" - "Fiorentina" - 2:1
0
0