A Seriyası: “Roma” “Komo”nu üstələdi
02.03.2025 - 22:58
A Seriyası: “Roma” “Komo”nu üstələdi

İtaliya A Seriyasında XXVII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Roma" öz meydanında "Komo"nu qəbul edib.

Görüşə yaxşı başlayan qonaqlar ilk hissəni öndə başa vurublar. Lakin ev sahibləri matçı öz xeyirlərinə çevirə biliblər.

Oyun "Roma"nın 2:1 hesablı qələbəsi ilə nəticələnib.

İtaliya A Seriyası
XXVII tur

21:00. “Roma” - “Komo” - 2:1