A Seriyası: “Yuventus”dan səfərdə xal itkisi
11.05.2025 - 00:38
A Seriyası: “Yuventus”dan səfərdə xal itkisi

İtaliya A Seriyasında XXXVI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Komo" evdə "Kalyari"ni qəbul edib. 

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun digər matçında "Yuventus" səfərdə "Latsio" ilə bacarmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İtaliya A Seriyası
XXXVI tur

17:00. "Komo" - "Kalyari" - 3:1
20:00. "Latsio" - "Yuventus" - 1:1
22:45. “Empoli” - “Parma” - 2:1